satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna XİN: "NATO baş katibi təsdiqləyir ki, bizim ərazilərimiz ticarət mövzusu ola bilməz"

Ukrayna XİN: "NATO baş katibi təsdiqləyir ki, bizim ərazilərimiz ticarət mövzusu ola bilməz"

“NATO Baş katibi Yens Stoltenberqin Ukrayna ilə bağlı konkret mövqeyi var. O, təsdiqləyir ki, bizim ərazilərimiz alver mövzusu ola bilməz”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba “1+1 ilə səhər yeməyi” verilişində deyib.

D. Kuleba qeyd edib ki, Ukrayna NATO-ya üzv olmaq üçün öz ərazilərindən imtina etməyəcək: “NATO rəsmisi Stian Yensenin və baş katib Stoltenberq fərqli insanlardır. Amma mən baş katiblə əlaqə saxlayıram. Onunla çox yaxın münasibətim var. Sizi əmin edirəm ki, o, Ukraynanın mövqeyini dəstəkləyir”.

Nazirin sözlərinə görə, Ukrayna rəhbərliyi ölkəmizin tezliklə NATO-ya daxil olması üçün çalışır.

Qeyd edək ki, S.Yensen daha əvvəl Ukraynanın NATO-ya üzvlüyünün həlli yolunun ərazi güzəştləri olduğunu bildirmişdi.

Rəsmi Kiyevin mövqeyinə görə, bu, yolverilməzdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM