satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb

Gürcüstanın Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb

Gürcüstanın Şovi rayonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Naxçıvan televiziyası Gürcüstan KİV-inə istinadən xəbər verir ki, xilasedicilər Şovi yüksək dağ kurortunda (Raça-Leçxumi bölgəsi - Kvemo Svaneti) təbii fəlakət zonasında daha bir nəfərin meyitini tapıb, bununla da qurbanların sayı 27-yə çatıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi daha 6 nəfərin meyitinin axtarışlarının davam etdiyini bildirib.

Şovi dağ kurortunda baş verən sürüşmənin 14-cü günündə çay yatağında ağır texnikadan istifadə edilməklə axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, avqustun 3-də Şovi dağ kurortunda sürüşmə baş verib. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM