satellite   Azerspace-1: 11135 H 30000

Çexiya Ukraynaya "Mi-24V" helikopterlərini təhvil verəcək

Çexiya Ukraynaya "Mi-24V" helikopterlərini təhvil verəcək

Çexiya ABŞ-dən yeni helikopterlər alır və köhnə "Mi-24V"ləri istismardan çıxararaq Ukraynaya təhvil verməyi planlaşdırır.

Naxçıvan televiziyası "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

Onun sözlərinə görə, ABŞ-dən UH-1Y Venom və AH-1Z Viper helikopterləri alacaq.

Baş Qərargah rəisi Karel Rzeka bildirib ki, NATO və Çexiya Rusiyanın hərəkətlərinə reaksiya verir.

Onun sözlərinə görə, ordu əsas diqqəti döyüş qabiliyyətinə və yüksək hazırlıq səviyyəsinə yönəltməlidir. Rzeka əlavə edib ki, Çexiya mümkün qədər tez sovet istehsalı olan texnologiyadan asılılıqdan qurtulmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM