satellite   Azerspace-1: 11135 H 30000

Avstraliya, ABŞ və Yaponiya bu ay Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək

Avstraliya, ABŞ və Yaponiya bu ay Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək

Avstraliya, ABŞ və Yaponiya bu ay Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo News” agentliyi məlumat yayıb.

Agentliyin sözlərinə görə, 23 avqustda keçiriləcək birgə hərbi təlimlərin məqsədi Çin gəmilərini müşahidə etmək olacaq.

Təlimlərdə iştirak etmək üçün üç ölkə Filippinə hərbi gəmilər göndərəcək.

Həmçinin əlavə olunub ki, Avstraliya, Hindistan, ABŞ və Yaponiya Silahlı Qüvvələrinin birgə iştirak etdiyi “Malabar” təlimləri 21 avqustda başa çatdıqdan sonra Cənubi Çin dənizində təlimlər başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM