satellite   Azerspace-1: 11135 H 30000

Rusiya əsirliyindən qaytarılan ukraynalıların sayı açıqlanıb

Rusiya əsirliyindən qaytarılan ukraynalıların sayı açıqlanıb

“49 mübadilə nəticəsində 2 598 ukraynalı hərbçi və mülki şəxs artıq Rusiya əsirliyindən geri qaytarılıb, növbəti mübadilələr üzrə işlər davam etdirilir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

Onun sözlərinə görə, növbəti mübadilələrin həyata keçirilməsi üçün işlər və hazırlıqlar davam edir: “Biz gözləyirik və ümid edirik ki, yaxın gələcəkdə vətən müdafiəçilərinin ailələri üçün daha bir şad xəbər olacaq, lakin təbii ki, hələ görüləsi çox iş var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM