satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Afrika ölkələri Nigerdə əməliyyatın başlama tarixini təyin edib

Qərbi Afrika ölkələri Nigerdə əməliyyatın başlama tarixini təyin edib

Qərbi Afrika İqtisadi Birliyi Nigerdəki üsyançılara qarşı əməliyyatın başlama tarixini təyin edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu sülh və icma təhlükəsizliyi üzrə komissar Abdel Fatau Musah deyib.

Onun sözlərinə görə, əməliyyatın başlanma tarixi açıqlanmayacaq. Komissar vurğulayıb ki, Qərbi Afrika İqtisadi Birliyinə üzv olan ölkələr Nigerdəki üsyançılarla sonsuz dialoq aparmaq niyyətində deyil.

“Qərargah rəisləri Nigerdə ​​hərbi əməliyyat planı üzərində razılığa gəliblər. Birlik ölkələri Nigerdə ​​konstitusiya qaydasını mümkün qədər tez bərpa etmək niyyətindədir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM