satellite   Azerspace-1: 11135 H 30000

Oleksiy Reznikov: Ukraynalı pilotlar F-16 qırıcılarında təlimlərə başlayıblar

 Oleksiy Reznikov: Ukraynalı pilotlar F-16 qırıcılarında təlimlərə başlayıblar

Ukraynalı pilotlar, mühəndislər və texniki işçilər artıq Amerikanın F-16 qırıcılarında təlimlərə başlayıblar. Təlim proqramına ingilis dilinin tədrisi də daxildir, çünki baza səviyyə kifayət deyil.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Kanal 24”ə deyib.

Reznikov əlavə edib ki, bu təlimlərlə bağlı təfərrüatları açıqlamayacaq.

Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, aviasiya koalisiyasına 11 tərəfdaş ölkə daxil olub. Ukraynalı pilotların, texniklərin və mühəndislərin hazırlanması layihəsində isə liderliyi Niderland və Danimarka götürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM