satellite   Azerspace-1: 11135 H 30000

Moskva meri: Şəhərə pilotsuz təyyarə ilə hücum cəhdi olub

Moskva meri: Şəhərə pilotsuz təyyarə ilə hücum cəhdi olub

Ukraynaya məxsus pilotsuz uçan aparat Moskva səmasında uçmağa cəhd etsə də, qarşısı alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Gecə cənub istiqamətində Moskvaya pilotsuz uçan aparatla uçmağa cəhd edilib. O, hava hücumundan müdafiə qüvvələri tərəfindən dayandırılıb”, - deyə S.Sobyanin teleqram kanalında yazıb.

Sobyanin hərbçilərə gördüyü işlərə görə təşəkkür də edib.

Qeyd edək ki, avqustun 18-də hava hücumundan müdafiə sistemi Moskvada hədəflərə hücum etməyə çalışan Ukraynaya məxsus PUA-nı da vurub. Onun qalıqları Moskva şəhəri yaxınlığındakı Eksposentr ərazisinə düşüb, tələfat və ciddi dağıntı olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM