satellite   Azerspace-1: 11135 H 30000

Kurskda dronun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb

Kurskda dronun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb

Ukraynaya məxsus pilotsuz təyyarənin Kurskda dəmiryol vağzalı binasının damına çırpılması nəticəsində yanğın baş verib və 5 nəfər xəsarət alıb.

Naxçıvan televiziyası TASS-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoit teleqram kanalında məlumat yayıb.

Starovoitin məlumatına görə, PUA dəmiryol vağzalı binasının damına çırpılıb və damda yanğın baş verib. Beş nəfər şüşə qırıqları nəticəsində xəsarət alıb.

Rayon rəhbəri əlavə edib ki, hadisənin təfərrüatları dəqiqləşdirilir. Bütün təcili yardım xidmətləri hadisə yerindədir.

Qeyd edək ki, dəmiryol stansiyası Kursk şəhərinin mərkəzi hissəsində yerləşir, Ukrayna ilə sərhədə qədər olan məsafə təxminən 150 kilometrdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM