satellite   Azerspace-1: 11135 H 30000

Maui adasında meşə yanğınlarının vurduğu zərər 6 milyard dollar dəyərində qiymətləndirilir

Maui adasında meşə yanğınlarının vurduğu zərər 6 milyard dollar dəyərində qiymətləndirilir

ABŞ-nin Havay ştatının Maui adasında meşə yanğınlarının vurduğu ziyan, ilkin hesablamalara görə, təxminən 6 milyard dollar civarında qiymətləndirilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Havay ştatının qubernatoru Coş Qrin bildirib.

O, yanğınlar zamanı 2200 binanın yanaraq məhv olduğunu, 500 binanın isə zərər gördüyünü qeyd edib.

Son məlumatlara görə, Mauidə 114 nəfər meşə yanğınlarının qurbanı olub, mindən çox insan itkin düşüb.

Adada keçən həftənin ortalarında başlayan yanğınlar Dora qasırğasının yaratdığı güclü küləklər səbəbindən sürətlə yayılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM