satellite   Azerspace-1: 11135 H 30000

Əlcəzairdə meşə yanğınları yenidən başlayıb

Əlcəzairdə meşə yanğınları yenidən başlayıb

Əlcəzairin şərq və mərkəzi hissələrində yerləşən meşələrdə yanğınlar yenidən başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Təşkilatının məlumatına görə, ölkənin şərqindəki Bicaye şəhərində 4-ü olmaqla, ümumilikdə 6 əyalətdə 10 meşə yanğınının baş verdiyi qeyd edilib.

Açıqlamada ölkənin şərq və mərkəzi bölgələrindəki Burc Bureyrec, Medea, Hanşala, Bicaye, Tizi Vizu və Cicel şəhərlərində meşə yanğınlarının olduğu və ətraf əyalətlərdə mülki müdafiə qruplarına müraciət edildiyi bildirilib.

Açıqlamada, baş verə biləcək fəlakətə qarşı 13 ailənin bölgədən təxliyə edildiyi söylənilib.

Bicaye və Cicel prokurorları, iyulun 23-dən başlanan meşə yanğınlarında 34 nəfərin həyatını itirdiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM