satellite   Azerspace-1: 11135 H 30000

Danimarka və Niderland F-16 qırıcılarını Ukraynaya təhvil verəcək

Danimarka və Niderland F-16 qırıcılarını Ukraynaya təhvil verəcək

Danimarka və Niderland Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün təlimlər başa çatdıqdan və digər şərtlər yerinə yetirildikdən sonra F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ və digər tərəfdaşlarla sıx əməkdaşlıq edərək biz F-16 təyyarələrini Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verməyə razıyıq. Bunun üçün şərtlər uğurla seçiləcək, sınaqdan keçiriləcək və ukraynalı kadrlar öyrədiləcək, həmçinin lazımi icazələr, infrastruktur və logistika olacaq”, - bəyanatda deyilir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Niderland ilə Kiyevə 42 ədəd F-16 qırıcı təyyarəsinin tədarükü ilə bağlı saziş imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM