satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə ağır yol qəzası: 12 nəfər ölüb, 19 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası: 12 nəfər ölüb, 19 nəfər yaralanıb

Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Naxçıvan televiziyası Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu qarşı yola çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılar Yozqat və Sorgundakı xəstəxanalara yerləşdirilib.

Yozqat valisi Mehmet Əli Özkan bildirib ki, qəzanın ehtiyatsızlıqdan baş vermiş olması fikrindədir. Bütün hallarda əsl səbəb araşdırmalardan sonra bəlli olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM