satellite   Azerspace-1: 11135 H 30000

KİV: Ukrayna kaset sursatlar sayəsində əks-hücum əməliyyatlarında daha çox uğur qazana bilir

KİV: Ukrayna kaset sursatlar sayəsində əks-hücum əməliyyatlarında daha çox uğur qazana bilir

Ukrayna ABŞ-dən aldığı kaset sursatlar sayəsində əks-hücum əməliyyatlarında daha çox uğur qazana bilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Vaşinqton Post” nəşri yazıb.

Bildirilib ki, kasetli bombalar sayəsində Ukrayna Silahlı Qüvvələri düşmənin hücumlarını dayandıra bildi: “Bu silahlar Ukraynanın əks-hücumu üçün də faydalı oldu”.

Qeyd olunub ki, kasetli sursatlar Rusiyanın irəliləməsinin qarşısını alır: “Ukrayna bu silahlardan xüsusilə Rusiya qüvvələrinin gizləndiyi sıx meşələri bombalamaq, zirehli maşınları məhv etmək üçün istifadə edir”.

Xatırladaq ki, Ukrayna bu ilin iyulun 20-də kasetli sursatlardan istifadə etməyə başlayıb.

2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir.

123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM