satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: “İsveçin NATO-ya üzvlüyü vədlərinə sadiq qalmasına bağlıdır”

Türkiyə Prezidenti: “İsveçin NATO-ya üzvlüyü vədlərinə sadiq qalmasına bağlıdır”

“İsveçin NATO-ya üzvlük protokollarının Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilməsi və prosesin həlli bu ölkənin vədlərinə sadiq qalmasına bağlıdır”.

Naxçıvan televiziyası “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələyə Türkiyə parlamenti qərar verəcək: “Məsələnin parlamentimizdə nə qədər müzakirə olunacağını bilmirik. İsveç hər şeydən əvvəl Stokholm küçələrinə nəzarət etməlidir. Əgər bunu etməsələr, müqəddəs saydıqlarımıza hücum etsələr, onda inciməsinlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM