satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: "Yunanıstan ukraynalı F-16 pilotlarına təlim keçəcək"

Zelenski: "Yunanıstan ukraynalı F-16 pilotlarına təlim keçəcək"

Yunanıstan ukraynalı pilotların F-16 qırıcılarının təlimində iştirak edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə bir neçə prioritet mövzunu müzakirə etdik. Mən döyüş meydanındakı vəziyyət, Rusiyanın zərbələri, qlobal təhlükəsizliyi və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək imkanlarımız haqqında məlumat verdim”, - prezident deyib.

Zelenski, həmçinin Yunanıstanın Baş naziri ilə Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib.

ABŞ bu yaxınlarda F-16 qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna təyyarələri pilot hazırlığı başa çatdıqdan sonra qəbul edəcək.

Qeyd edək ki, Niderland Ukraynaya 42, Danimarka isə 19 qırıcı təqdim etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM