satellite   Azerspace-1: 11135 H 30000

Moskva meri: İki pilotsuz təyyarə zərərsizləşdirilib

Moskva meri: İki pilotsuz təyyarə zərərsizləşdirilib

Moskva vilayətində 2 dron hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin özünün teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr Moskva vilayətinin Çatsov və Krasnoqorsk yaxınlığında vurulub. Artıq təhlükəsizlik xidmətinin nümayəndələri hadisə yerinə yola düşüblər.

Fövqəladə hallar xidmətinin TASS-a verdiyi məlumata görə, Krasnoqorskda çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş qəza nəticəsində bir neçə mərtəbənin şüşələri sınıb. Evin qarşısında dayanan avtomobillərə də ziyan dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM