satellite   Azerspace-1: 11135 H 30000

İranda 8 nəfər edam olunub

İranda 8 nəfər edam olunub

İranda narkotik və qətl ittihamı ilə məhkum edilmiş 8 nəfər edam edilib.

Naxçıvan televiziyası "Mizan" agentliyinə istinadən xəbər verir ki, 2009-cu ildə zərgərlik mağazasına silahlı hücum edərkən bir nəfəri güllələyərək öldürən və məhkəmə tərəfindən edam cəzasına məhkum edilən məhkumun hökmü bu gün icra edilib.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) dünən ölkənin müxtəlif həbsxanalarında azı 7 məhbusun edam edildiyini açıqlayıb.

Bildirilib ki, edam edilən məhbuslar qətl və narkotiklə əlaqəli cinayətlərdə təqsirli biliniblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM