satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstanda meşə yanğınları 28 nəfərin həyatına son qoyub

Yunanıstanda meşə yanğınları 28 nəfərin həyatına son qoyub

Xilasedicilər çərşənbə axşamı Yunanıstanın şimalında meşə yanğınları nəticəsində həlak olan 28 nəfərin cəsədini aşkar ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə EFE xəbər agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, üç gün ərzində ölkədə bu yanğınlar 43 min hektardan çox ərazini əhatə edib.

Afinanın şimal ətrafı olan Ano Llosia şəhərinin hakimiyyət orqanları sakinlərin təxliyəsi barədə göstəriş veriblər. Yaxınlıqdakı Fili şəhərində bir neçə bina artıq alovlara bürünüb. Attika, Şərqi Makedoniya və Trakiyanın bəzi bölgələrində də evakuasiya əmrləri var.

Afinanın mərkəzindən 15 km aralıda yerləşən Aspropirqos şəhəri yaxınlığında baş verən yanğın nəzarətsiz qalıb. 120-dən çox yanğınsöndürən alovun qarşısını almağa çalışır, 9 yanğınsöndürən təyyarə də hadisə yerindədir.

Qonşu ölkələrdən də Yunanıstana əlavə kömək qüvvələri göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM