satellite   Azerspace-1: 11135 H 30000

Polşa ABŞ-dən 96 ədəd hücum helikopteri alacaq

Polşa ABŞ-dən 96 ədəd hücum helikopteri alacaq

Polşa Amerika helikopterləri və tankları ilə şərq sərhədində keçilməz maneə yaratmaq niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.

“Dövlət Departamentinin Polşaya 96 “Apaçi” hücum helikopteri satmağa razılıq verməsindən çox məmnunuq. Bunlar dünyanın ən yaxşı hücum helikopterləridir”, -deyə nazir söyləyib.

O qeyd edib ki, “Apaçi” Polşa ordusunun xidmətində olan “Mi-24”ləri əvəzləyəcək.

Hücum helikopterlərinin gələn il ölkəyə gətirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM