satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda körpünün uçması nəticəsində ən azı 17 nəfər ölüb

Hindistanda körpünün uçması nəticəsində ən azı 17 nəfər ölüb

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib.

“İndiyədək 17 nəfərin meyiti tapılıb, bir çoxu itkin düşüb”, - polis əməkdaşı bildirib.

İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub.

Hazırda xilasetmə işləri aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM