satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu Ukraynada məktəbi vurub, ölənlər və yaralananlar var

Rusiya ordusu Ukraynada məktəbi vurub, ölənlər və yaralananlar var

Rusiya aviasiyasının hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Romnı şəhərində məktəb binası dağıdılıb, ölənlər və yaralananlar var.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram"da bildirib.

"Sumı vilayətinin Romnı şəhərində ruslar məktəb binasını dağıdıb və 2 təhsil işçisini öldürüblər. Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri onların cəsədlərini dağıntılar altından çıxarıb. Daha 3 nəfər yaralanıb", - nazir paylaşımında bildirib.

Onun sözlərinə görə, məktəbin daha iki əməkdaşının dağıntılar altında qalması barədə məlumat var. Klimenko qeyd edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, bu gün Sumı vilayətinin hərbi administrasiyası məlumat yayıb ki, saat 10:05-də Rusiyanın "Şahed" tipli pilotsuz uçuş aparatı Romnı şəhərində təhsil müəssisəsini vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM