satellite   Azerspace-1: 11135 H 30000

KİV: Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır

KİV: Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır

Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “RİA Novosti“ məlumat yayıb.

Agentliyin məlumatına əsasən, danışıqlar prosesində iştirak edən mənbə bildirib ki, Türkiyə və BMT Rusiya tərəfi üçün “taxıl sazişi”ni bərpa etmək üçün təkliflər hazırlayır, bəzi problemli məsələlər qalır və onlar əsasən bank prosesləri ilə bağlıdır.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya qarşısında üzərinə öhdəliklər götürən tərəflərin həmin öhdəlikləri reallaşdıracağı təqdirdə ölkəsinin “taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Rusiya “taxıl sazişi”ndə iştirakını 18 iyulda dayandırıb, Türkiyə, Ukrayna və BMT-ni bu barədə məlumatlandırıb. Rusiya lideri bunu onunla izah edib ki, BMT-nin səylərinə baxmayaraq, razılaşmada Rusiyanın xeyrinə aid olan hissəsinin şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM