satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada Priqojinin olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb

Rusiyada Priqojinin olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

"Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var",- məlumatda vurğulanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfərin hamısı ölüb.

Qeyd olunub ki, “Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq dörd nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM