satellite   Azerspace-1: 11135 H 30000

Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri İrəvana buraxılmayıb

Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri İrəvana buraxılmayıb

Rəsmi İrəvan Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının teleqram kanalında məlumat yayılıb.

O, avqustun 24-də səhər saatlarında “Aeroflot”a məxsus təyyarə ilə Moskvadan İrəvana uçub. Lakin “Zvartnots” hava limanında V.Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib.

Qeyd edək ki, o, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM