satellite   Azerspace-1: 11135 H 30000

Danimarkalı diplomat beşinci dəfə Türkiyə XİN-ə çağırılıb

Danimarkalı diplomat beşinci dəfə Türkiyə XİN-ə çağırılıb

Danimarkanın müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, danimarkalı diplomata ölkəsində Qurani-Kərimin təhqir olunmasına görə növbəti dəfə etiraz bildirilib.

Qeyd edək ki, bu, həftə ərzində Danimarka təmsilçisinin çağırılması ilə bağlı beşinci haldır. Buna səbəb Kopenhagendə, o cümlədən Türkiyə diplomatik missiyasının binası yaxınlığında Qurani-Kərimin təhqir olunması istiqamətində davam edən aksiyalardır. Bundan əvvəl danimarkalı diplomat avqustun 18-də, 21-də, 22-də və 23-də Xarici İşlər Nazirliyinə çağırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM