satellite   Azerspace-1: 11135 H 30000

Volodimir Zelenski: Ukraynanın Rusiyada baş verən təyyarə qəzası ilə heç bir əlaqəsi yoxdur

Volodimir Zelenski: Ukraynanın Rusiyada baş verən təyyarə qəzası ilə heç bir əlaqəsi yoxdur

Rusiyada baş verən, içərisində “vaqnerçilər”in başçısı Yevgeni Priqojin və özəl hərbi şirkətin komandirlərinin olduğu ehtimal edilən təyyarə qəzası ilə Ukraynanın heç bir əlaqəsi yoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliya lideri ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Dövlət başçısı Rusiya Federasiyasının Tver vilayətində bir gün əvvəl baş verən Yevgeni Priqojinin təyyarəsinin qəzasını şərh edib.

“Ukrayna təyyarələr baxımdan danışanda və dünya ölkələrinə müraciət edəndə biz bunu deyil, tamamilə ayrı məsələni nəzərdə tuturduq və dəstək istəyirdik. Yəqin ki, bu da hansısa mənada kömək olacaq. Birincisi, bizim bu vəziyyətlə əlaqəmiz yoxdur, bu dəqiqdir. Fikrimcə, bu məsələyə aidiyyəti olanlar hər şeyi dərk edirlər”, - deyə Zelenski bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM