satellite   Azerspace-1: 11135 H 30000

Aİ ölkələri iqtisadiyyatında karbon qazı emissiyaları birinci rübdə azalıb

 Aİ ölkələri iqtisadiyyatında karbon qazı emissiyaları birinci rübdə azalıb

Cari ilin birinci rübündə Avropa İttifaqının (Aİ) 21 ölkəsinin iqtisadiyyatında istixana qazı emissiyalarının payı keçən ilin eyni dövründəki 969 milyon tondan 941 milyon tona qədər azalıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) rüblük hesabatında bildirilib.

Hesabata əsasən, karbon qazı emissiyalarının azalması ilə eyni vaxtda Aİ-nin ümumi daxili məhsulu (ÜDM) 1,2 faiz artıb.

Aİ-də istixana qazı emissiyalarının azaldılması üzrə lider ölkələr Bolqarıstan (-15,2 faiz), Estoniya (-14,7 faiz) və Sloveniya (-9,6 faiz) olub. Bununla belə, bir sıra ölkələrdə bu göstərici artıb: İrlandiya (+9,1 faiz), Latviya (+7,5 faiz), Slovakiya (+1,9 faiz), Danimarka (+1,7 faiz), İsveç (+1,6 faiz) və Finlandiya (+0,3 faiz).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM