satellite   Azerspace-1: 11135 H 30000

Lukaşenko Priqojinin ölümündən danışıb: "Onun təhlükəsizliyini mən təmin etməli deyildim"

Lukaşenko Priqojinin ölümündən danışıb: "Onun təhlükəsizliyini mən təmin etməli deyildim"

“Priqojinin təhlükəsizliyini mən təmin etməli deyildim”.

Naxçıvan televiziyası “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenkonun sözlərinə görə, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeniy Priqojin heç vaxt özü üçün təhlükəsizlik zəmanəti istəməyib və onların arasında bu istiqamətdə söhbət getməyib.

Belarus lideri qeyd edib ki, bu ilin 24 iyununda Priqojin Rusiyada silahlı qiyam təşkil edəndə onunla danışıqlar aparıb və onu insanların ölümünə səbəb olacaq addımlar atmaqdan çəkindirib.

Lukaşenko onu da əlavə edib ki, Priqojinə qarşı sui-qəsdin arxasında Rusiya Prezidenti Vladimir Putin dayana bilməz, çünki Putin ehtiyatlı adamdır. Priqojinin öldürülməsi isə çox kobud və qeyri-peşəkar işdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM