satellite   Azerspace-1: 11135 H 30000

İstintaq Priqojinin təyyarəsinin registratorlarını əldə edib

İstintaq Priqojinin təyyarəsinin registratorlarını əldə edib

İstintaq tərəfindən Yevgeni Priqojinin Tver vilayətində qəzaya uğrayan təyyarəsinin registratorları, təyyarənin qəzaya uğrama şəraitini müəyyən etmək üçün lazım olan digər əşya və sənədlər də müsadirə edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“İstintaq üçün uçuş registratorları götürülüb, hadisə yerinin təfərrüatlı təftişi davam etdirilir. Qəzanın bütün hallarını müəyyən etmək üçün vacib olan digər əşyalar və sənədlər də götürülüb. Zəruri ekspertizalar aparılacaq”, - deyə məlumatda bildirilib.

Komitənin mətbuat xidməti qeyd edib ki, Tver vilayətində baş vermiş qəza faktı üzrə cinayət işinin istintaqı davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM