satellite   Azerspace-1: 11135 H 30000

İsveç dini kitabların yandırılmasını qadağan etməyəcək

İsveç dini kitabların yandırılmasını qadağan etməyəcək

İsveç hakimiyyəti dini kitabların yandırılmasını qadağan etməyi planlaşdırmır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson SVT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bunun üçün ölkə konstitusiyasına dəyişikliklər tələb olunacaq: “Mən Danimarkanın hazırda gördüyü işlərə hörmət edirəm. Danimarkada olduğu kimi eyni şeyi etmək, çox güman ki, konstitusiyaya düzəlişlər tələb edəcək, buna görə də bu, İsveç üçün uyğun yol deyil”.

Xatırladaq ki, avqustun 25-də Danimarkanın ədliyyə naziri Peter Hummelqaard ictimai yerlərdə dini mətnlərin təhqir olunmasını qadağan edən qanun layihəsi üzərində iş aparıldığını açıqlayıb. Qanunun pozulmasına görə, cərimə və ya iki ilədək həbs cəzası nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM