satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə tur avtobusu aşıb, 3-ü ağır olmaqla 26 nəfər yaralanıb

Türkiyədə tur avtobusu aşıb, 3-ü ağır olmaqla 26 nəfər yaralanıb

Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda tur avtobusu aşıb.

Naxçıvan televiziyası "Trt Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla 26 nəfər xəsarət alıb.

Məlumata görə, tur avtobusu Susaklı məhəlləsi Ahmet Keleşoğlu Mədəniyyət Mərkəzinin arxasındakı yamaca qalxa bilməyib. Geriyə sürüşərək idarəetmədən çıxan avtobus bir evin həyətinə aşıb.

Qəzada avtomobilin sürücüsü də daxil olmaqla 26 nəfər xəsarət alıb.

Ermenek Dövlət Xəstəxanasına çatdırılan yaralılardan 3-nün həyati təhlükəsinin olduğu deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM