satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda ABŞ-dən göndərilən çay bağlamasında həşiş aşkarlanıb

Ermənistanda ABŞ-dən göndərilən çay bağlamasında həşiş aşkarlanıb

Ermənistanda narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ABŞ-dən göndərilən çay bağlamasında gizlədilmiş 1170 qram həşiş aşkarlanıb və bununla bağlı keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində İrəvanda Ermənistan vətəndaşı saxlanılıb.

Saxlanılan zaman onun üzərindən tiryəkə bənzər narkotik vasitə və ağ rəngli toz halında psixotrop maddə aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM