satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Vaşinqton üzərində hava məkanına nəzarət etmək üçün süni intellektə malik sistem quraşdıracaq

Pentaqon Vaşinqton üzərində hava məkanına nəzarət etmək üçün süni intellektə malik sistem quraşdıracaq

ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun hava məkanına nəzarət etmək üçün süni intellektdən istifadə edəcək monitorinq sistemi quraşdıracaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə hava hücumundan müdafiə sistemləri proqramlarına nəzarət edən ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Kertis Engelson bildirib.

“Söhbət paytaxt regionunun inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi Vaşinqton ətrafında idarə olunan hava məkanına nəzarət edən və qoruyan müasir müşahidə, identifikasiya və izləmə sistemindən gedir”, - deyə o qeyd edib.

Hərbi Hava Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, kompleksdə qabaqcıl kameralar və göz üçün təhlükəsiz lazer monitorinq sistemi istifadə olunur.

Polkovnik-leytenant təkmilləşdirilmiş sistemin göstəricilərinin əvvəlki versiyadan 10 dəfə yüksək olduğunu vurğulayıb. Engelsonun sözlərinə görə, bu kompleks Müdafiə Nazirliyinin cavabdeh olduğu digər obyektlərin təhlükəsizliyini təmin etmək üçün də istifadə oluna bilər.

100 milyon dollar dəyərində qiymətləndirilən sistemin tətbiqinə bu ildən başlanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM