satellite   Azerspace-1: 11135 H 30000

KİV: "Putin barəsində həbs qərarı çıxarılandan bəri ilk xarici səfərini Çinə edəcək"

KİV: "Putin barəsində həbs qərarı çıxarılandan bəri ilk xarici səfərini Çinə edəcək"

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.

Naxçıvan televiziyası ABŞ-nin “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən üç müxtəlif mənbə məlumat verib.

Bildirilib ki, V.Putin oktyabrda keçiriləcək “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Çinə gedəcək.

O, Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvətini qəbul edib.

Qeyd edilib ki, bu, V.Putinin Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxarmasından sonra ilk xarici səfəri olacaq.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi bu ilin mart ayında Putin barəsində həbs qərarı çıxarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM