satellite   Azerspace-1: 11135 H 30000

Kiyevə kütləvi raket hücumları edilib, ölənlər var

Kiyevə kütləvi raket hücumları edilib, ölənlər var

Avqustun 30-da Kiyevə raket zərbələri endirilib. Zərərsizləşdirilən raketlərin qalıqlarının yaratdığı dağıntılar nəticəsində iki nəfər həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

"Təəssüf ki, Kiyevin Şevçenko rayonunda raketin qalıqlarının müəssisənin ərazisinə düşməsi nəticəsində 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Yaralıya tibbi yardım göstərilir", - deyə Sergey Popko əlavə edib.

Onun sözlərinə görə, Kiyevə yazdan bəri belə güclü hücum olmamışdı. Rusiya pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə kütləvi, birləşmiş hücum həyata keçirib. Rus qoşunları, əvvəlcə, zərbə PUA-larından istifadə edib, ardınca raketlər buraxılıb.

S.Popko bildirib ki, hava hücumundan müdafiə qüvvələri düşmənin 20-dən çox hədəfini məhv edib. Baş verən hücumdan sonra paytaxtın bir neçə ərazisinə raketin qalıqlarının düşməsi qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM