satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın bəzi aeroportlarında qoyulan məhdudiyyət aradan qaldırılıb

Rusiyanın bəzi aeroportlarında qoyulan məhdudiyyət aradan qaldırılıb

Rusiyanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanları müvəqqəti olaraq reysləri qəbul etməyib və göndərməyib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə aviasiya xidmətindən bildirilib. Məlumata görə, Domodedovo və Vnukovo hava limanları təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb. Təyyarələrin bir neçəsi gözləmə zonasına göndərilib. Qeyd olunub ki, Vnukovo hava limanından İrəvana uçacaq iki təyyarə gecikib, Bodrum və Ankaradan gələn təyyarələrdə də gecikmə gözlənilir.

Şeremetyevo hava limanının fəaliyyətinə də məhdudiyyətlər qoyulub: "Şeremetyevo hava limanı müvəqqəti olaraq reyslər göndərmir və qəbul etmir. Gözləmə zonasından olan təyyarələr alternativ aerodromlara yollanıb. Xüsusən, Nijni Novqoroda eniş üçün iki reys hazırlanır”.

Məlumata görə, təyyarələrin bir neçəsi Sankt-Peterburqa yönləndirilib.

Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib ki, uçuş məhdudiyyətləri səbəbindən 11 sərnişin reysi alternativ hava limanlarına yönləndirilib: "Bu gün səhər tezdən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo, eləcə də Jukovski hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Bunlardan 11 sərnişin reysi alternativ hava limanlarına yönləndirilib”.

Fövqəladə Hallar Xidməti Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarının işini bərpa etdiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM