satellite   Azerspace-1: 11135 H 30000

Daha bir Afrika ölkəsində - Qabonda hərbi çevriliş baş verib

Daha bir Afrika ölkəsində - Qabonda hərbi çevriliş baş verib

Mərkəzi Afrika ölkəsi olan Qabonda bir qrup yüksək rütbəli hərbçi tərəfindən dövlət çevrilişi edilib.

Naxçıvan televiziyası xarici KİV-lərə istinadla xəbər verir ki, bu ölkənin dövlət başçısı Əli Bonqonun üçüncü dəfə prezident seçkilərində qalib gəlməsindən dərhal sonra hərbçilərdən ibarət qrup onun prezidentliyini tanımadığı və bütün hakimiyyəti öz əllərinə aldığını bəyan edib. “Gabon-24” telekanalında çıxış edən hərbçinin bəyanatına hökumətdən cavab gəlməyib. Hərbçilər bildiriblər ki, hökumətin, parlamentin, seçki komissiyasının fəaliyyəti qadağan edilir.

Bu, 2020-ci ildən bəri Qabonda baş vermiş səkkizinci çevrilişdir. Bundan əvvəl Mali, Burkina-Faso, Çad və Nigerdə də hərbi çevrilişlər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM