satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna XİN Macarıstanın Baş nazirinə cavab verib: "Torpaqlarımız alver predmeti deyil"

Ukrayna XİN Macarıstanın Baş nazirinə cavab verib: "Torpaqlarımız alver predmeti deyil"

“Ukrayna torpaqları alver predmeti deyil və Rusiya hərəkətlərinə görə mütləq cəzasını alacaq”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Macarıstan Baş naziri Viktor Orbana cavabında deyib.

Onun sözlərinə görə, Ukrayna Macarıstan Baş nazirinin ardıcıl mövqeyindən şübhələnməyə başlayıb: “Macarıstanda durumun necə olduğunu bilmirik, amma Ukrayna nə ərazilərini, nə də suverenliyini güzəştə gedir”.

Qeyd edək ki, V.Orban daha əvvəl Ukraynanın Rusiyanı məğlub etmək şansının olmadığını söyləmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM