satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan ordusunun iki zabiti 44 günlük müharibə ilə bağlı həbs edilib

Ermənistan ordusunun iki zabiti 44 günlük müharibə ilə bağlı həbs edilib

Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti həbs edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, korpus komandirinin müavini və bölük komandirinin müavini şəxsi heyət arasında çaxnaşma yaratmaq üçün birlikdə plan hazırlayaraq cinayət törətməkdə ittiham olunurlar.

Həmçinin əlavə olunub ki, onlar bu əməlləri 2020-ci ildə Qarabağda 44 günlük müharibə zamanı törədiblər.

Hərbçilərin hər ikisi həbs edilib, cinayət işi ittiham aktı ilə birlikdə prokurorluğa təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM