satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: “Lavrovla danışıqlar Ərdoğanla Putinin görüşünə hazırlıqdır”

Hakan Fidan: “Lavrovla danışıqlar Ərdoğanla Putinin görüşünə hazırlıqdır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada apardığı danışıqların Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşə hazırlıq olduğunu bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, H.Fidan S.Lavrovla görüşdə bildirib:

“Bizim müzakirə edəcəyimiz məsələlər iki liderin qarşıdan gələn görüşünə hazırlıq olacaq. Biz “Taxıl sazişinin” bərpası və Ukraynada ədalətli sülhün yaradılması məsələlərini müzakirə etdik. Bundan əlavə, Suriya və Cənubi Qafqazdakı vəziyyət də gündəmdə olacaq. Qonaqpərvərliyə və səmimi qəbula görə əziz dostuma (Sergey Lavrova) təşəkkür edirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM