satellite   Azerspace-1: 11135 H 30000

Polşa Silahlı Qüvvələri: “Belarusun hava sərhədini pozmamışıq"

Polşa Silahlı Qüvvələri: “Belarusun hava sərhədini pozmamışıq"

“Rəsmi Minskin Polşanın Belarusun hava sərhədini pozmasına dair ittihamları tamamilə əsassızdır və təxribatdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sözçüsü Yaçek Qorisevski deyib.

Onun sözlərinə görə, komandanlıq artıq bu məsələni araşdırıb: “Radar sisteminin qeydlərinə əsasən heç bir pozuntunun olmadığı aydınlaşıb”.

Bundan başqa, Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski vurğulayıb ki, Belarusun bu cür bəyanatlarına həssas yanaşmaq lazımdır: “Hadisəni təhlil edəcəyik. Təxribat versiyası tamamilə təbiidir”.

Qeyd edək ki, daha əvvəl Belarus sərhədçiləri Polşaya məxsus hərbi helikopterin ölkənin Qrodno vilayətinin Berestoviç rayonunda hava məkanını pozduğunu iddia ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM