satellite   Azerspace-1: 11135 H 30000

BMT: Bu ilin sonunadək Malidə 200 min uşaq aclıqdan ölə bilər

BMT: Bu ilin sonunadək Malidə 200 min uşaq aclıqdan ölə bilər

2023-cü ilin sonuna qədər Maliyə yardım edilməsə, ölkədə 200 min uşaq aclıqdan ölə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) birgə yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin davam edən münaqişələr, yerdəyişmə və məhdud humanitar yardım səbəbi ilə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşağın kəskin qida çatışmazlığına məruz qala biləcəyi bildirilib.

Mali əhalisinin təxminən dörddə birinin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilərək, Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 adamın aclıq təhlükəsi ilə üzləşdiyi qeyd edilib.

Açıqlamada problemin tez bir zamanda həllini tapmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Bəyanatda vəziyyətin ciddiliyinə baxmayaraq, ölkəyə ayrılan yardımların çox aşağı səviyyədə olduğu qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM