satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə KİV: “Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə sülhü uduzdu”

Türkiyə KİV: “Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə sülhü uduzdu”

“Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə sülhü uduzdu”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Türkiyənin “Karar” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, İkinci Qarabağ müharibəsində məğlub olan və mümkün yeni müharibədə qalib görünməyən Ermənistan Laçın yolunda gərginliyi azaltmaq əvəzinə, onu daha da gücləndirməyə çalışır.

Yazıda N.Paşinyanın hətta Ermənistanın rəsmi olaraq tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqillik” ildönümü münasibətilə səsləndirdiyi fikirlərə də toxunulub. Qeyd olunub ki, hökumət başçısı 2019-cu il avqustun 5-də “Qarabağ Ermənistandır. Nöqtə" deyimi, sonra isə 2023-cü il mayın 22-də “Biz Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 86 min 600 kvadratkilometr ərazi bütövlüyünü tanımağa hazırıq” bəyanatı ilə tanınır.

“İndi bu nədir? Paşinyan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq mövqeyinə qayıtmaqla nə demək istəyir? İnşallah hələ sülh prosesi əldən getməyib və Paşinyan vəziyyəti xilas etməyin yollarını axtarır”, - məqalədə vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM