satellite   Azerspace-1: 11135 H 30000

PUA hücumu ilə əlaqədar Moskvanın hava limanlarında 50-yə yaxın reys yubanıb

PUA hücumu ilə əlaqədar Moskvanın hava limanlarında 50-yə yaxın reys yubanıb

Rusiyanın paytaxt hava limanlarının onlayn tablosunun son məlumatlarına görə, Moskvada uçuş və eniş üçün 50-yə yaxın reys təxirə salınıb, daha 6 reys isə ləğv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Domodedovo hava limanında 6 reys yubanıb, yerli vaxtla 05:45-ə (Bakı vaxtı ilə saat 06:45) olan məlumata görə iki reys təxirə salınıb. Vnukovoda 17 reys yubanıb, bir reys isə ləğv edilib. “Şeremetyevo” hava limanında 23 reys yubanıb. “Jukovski”də üç reys təxirə salınıb.

Uçuşların yubanması Moskva vaxtı ilə saat üçdə (Bakı vaxtı ilə saat 4-də) məlum olub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi və paytaxt meri Sergey Sobyanin Moskva, Kaluqa və Tver vilayətlərində pilotsuz uçuş aparatlarının vurulduğunu açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM