satellite   Azerspace-1: 11135 H 30000

KİV: Zelenski Avropa ölkələrindən ukraynalı kişiləri deportasiya etməyə çağırıb

KİV: Zelenski Avropa ölkələrindən ukraynalı kişiləri deportasiya etməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrindən ukraynalı kişiləri deportasiya etməyə çağırıb.

Naxçıvan televiziyası “Asia Times” nəşrinə istinadən xəbər verir ki, müəllif Stiven Brien qəzet üçün yazdığı məqaləsində Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa ölkələrinə müraciət edərək onlardan hərbi yaşda olan ukraynalıları deportasiya etməyi xahiş etdiyini bildirib.

Onun sözlərinə görə, Zelenski cəbhədə ağır itkilər verdiyi üçün belə bir qərar verib.

“Hazırda Polşa bununla bağlı Zelenski ilə mübahisə edir. Təxminən eyni şey indi Moldova ilə də baş verir”, - Brayan bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM