satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna parlamenti müdafiə nazirinin istefasını təsdiqləyib

Ukrayna parlamenti müdafiə nazirinin istefasını təsdiqləyib

Ukrayna Ali Radası Oleksey Reznikovun müdafiə naziri vəzifəsindən istefasının lehinə səs verib.

Naxçıvan televiziyası “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyində ərzaq məhslullarının baha qiymətə satın alınması kimi pozuntularla bağlı qalmaqaldan sonra Reznikovun istefası haqqında söz-söhbət çoxdan dolaşırdı.

Bildirilib ki, parlamentin iclasında iştirak edən 365 deputatdan 327-si onun istefasının lehinə, 4-ü əleyhinə səs verib, 11 deputat bitərəf qalıb, 23-ü isə səsvermədə iştirak etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM