satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Krımın yeni inzibati-ərazi quruluşu haqqında qanun imzalayıb

Zelenski Krımın yeni inzibati-ərazi quruluşu haqqında qanun imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Krımın yeni inzibati-ərazi quruluşu haqqında qanun imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Qanunun əsas məqsədi yarımadanın işğaldan azad edilməsi üçün zəmin hazırlamaqdır”, - Ukrayna Prezidentinin Krım nümayəndəliyinin bəyanatında deyilir. Qanun yarımadanın dekommunizasiyasını da nəzərdə tutur.

Bundan sonra orada Ukrayna regional dövlət administrasiyaları yaradılacaq və Krım işğaldan azad edildikdən sonra dövlət hakimiyyətinin bərpasının xüsusiyyətləri haqqında qanun da qəbul ediləcək.

"Əminik ki, bu, Krım yarımadasının işğaldan azad edilməsi və müharibədən sonrakı bərpası istiqamətində mühüm addımdır", - məlumatda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM