satellite   Azerspace-1: 11135 H 30000

Aİ İrana xəbərdarlıq edib: "İsveçli diplomat azad olunana qədər dayanmayacağıq"

Aİ İrana xəbərdarlıq edib: "İsveçli diplomat azad olunana qədər dayanmayacağıq"

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel İrana xəbərdarlıq edib.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

J.Borel bildirib ki, təşkilat İran İsveçdə saxlanılan Aİ rəsmisini azad etməyənə qədər dayanmayacaq.

O xatırladıb ki, isveçli diplomat Yohan Floderus 500 gündən artıqdır ki, İranda əsirlikdədir: “Biz onun azadlığa buraxılması üçün qətiyyətlə çalışırıq. Biz İran hakimiyyətinin onu azad etməsinə səy göstəririk”.

Aİ nümayəndəsinin sözlərinə görə, bu mövzuda dəfələrlə diplomatik təmaslar olub.

Qeyd edək ki, Y.Floderus ötən ilin avqustunda İranda həbs olunub. O, casusluqda ittiham olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM