satellite   Azerspace-1: 11135 H 30000

Hindistanın adı dəyişdirilə bilər

Hindistanın adı dəyişdirilə bilər

Hindistan hökuməti ölkəyə keçmiş adı – Bharatı qaytarmaq niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş “X” sosial şəbəkəsində yazıb.

“The Economic Times” qəzeti yazır ki, deputatlardan biri “Hindistan” adının ölkə konstitusiyasından çıxarılmasını təklif edib. Onun qənaətincə, bu, quldarlığın simvoludur.

Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.

Qeyd edək ki, sentyabrın 9-11-də Hindistanda G20 ölkələrinin sammiti keçiriləcək. Tədbirə dəvət olunanlara dəvətnamələr “Bharat prezidenti” adından göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM